İyunun 30-da “Azərbaycan” kinoteatrında “Twilight” filminin üçüncü hissəsi “Eclipse”n premyerası baş tutacaq - FOTO

İyunun 30-da “Azərbaycan” kinoteatrında “Twilight” filminin üçüncü hissəsi “Eclipse”n premyerası baş tutacaq - <font color=red>FOTO</font>
# 26 iyun 2010 11:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dünyaya səs salan və qısa müddətdə çoxsaylı tamaşaçı auditoriyası toplayan “Alatoran” (“Twilight”) filminin “Tutulma” (“Eclipse”) olan üçüncü hissəsinin dünya premyerası iyunun 30-da baş tutacaq. Filmin təqdimatı eyni zamanda Azərbaycanda da həyata keçiriləcək. İyunun 30-da “Azərbaycan” kinoteatrında “Tutulma”nın ilk nümayişi olacaq. “Azərbaycan” kinoteatrından APA-ya verilən məlumata görə, həmin gün yeni filmin bir neçə seansla nümayişi nəzərdə tutulur. Ancaq hələlik filmin biletləri satışa çıxarılmayıb. Verilən məlumata görə, filmin ilk nümayişinə Azərbaycan tamaşaçıları tərəfindən həddindən artıq çox maraq var. Bu filmə baxmaq üçün minlərlə tamaşaçı “Azərbaycan” kinoteatrına müraciət edir. Filmin biletləri isə elə həmin gün iyunun 30-da satışa çıxarılacaq. Biletlərin qiyməti 10 manatdır. “Tutulma”nın “Azərbaycan” kinoteatrında nümayişi ən az üç həftə davam edəcək.

Qeyd edək ki, Stefan Mayerin eyniadlı əsəri əsasında “Summit Entertainment” kinostudiyasında istehsal olunan dörd hissədən ibarət olacaq “Twilight”nin rejissoru Ketrin Xardvik, prodüserləri Vik Qodfri, Cemi Marşall, ssenari müəllifi Melissa Rozenberq, operatoru Elliot Devis, bəstəkarı Karter Barvelldir. Filmdə əsas rolları dünyaca tanınmış aktyorlar Kristen Stüart, Robert Pattinson və Teylor Lotner çıxış edir. Triller – melodrama, eyni zaman fantaziya janrında olan filmin bundan öncə təqdim olunan birinci hissəsi “Twilight - Saga”, ikinci hissəsi “Twilight – New moon”, üçüncü hissəsi “Twilight - Eclipse”dir. Bu filmin nümayiş olunan iki hissəsi artıq çoxsaylı mükafatlar qazanıb. Bu mükafatların əksəriyyəti filmdə vampir rolunu canlandıran Robert Pattinson qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR