Lənkəran Dövlət Universitetində dəyirmi masa keçirilib - FOTO

Lənkəran Dövlət Universitetində dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 12 iyul 2010 08:45 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Dövlət Universitetində (LDU) “Fəal təlim üsulları və kredit sistemində biliyin qiymətləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, LDU müəllimlərinin, magistrlərin, dosent və professorların, həmçinin kütləvi-informasiya vasitələri əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə universitetin rektoru, professor Asəf İsgəndərov açaraq, son illər bu ali tədris ocağının əldə etdiyi uğurlardan ətraflı söz açıb. Bu gün digər universitetlərlə yanaşı, Lənkəran Dövlət Universitetində də təhsilin inkişafı üçün böyük işlərin görüldüyünü bildirən A.İsgəndərov Azərbaycan elminin dünya təcrübəsi nəzərə alınmaqla milli modelinin qurulduğunu, LDU-nin bir sıra nüfuzlu universitetlərlə əlaqələrinin genişləndirməsini, burada təhsilin boloniya sisteminə keçməsini, müəllim kadrlarının hazırlığının təhsildə aparılan uğurlu islahatların nəticəsi kimi dəyərləndirib.

Polemika şəraitində keçən dəyirmi masada LDU-nin kimya-biologiya kafedrasının müdiri, dosent Məmmədhüseyn Hüseynov, rayaziyat-informatika kafedrasının dosenti Mirnamiq Bəşirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov müzakirə olunan mövzu ilə bağlı fikir və mülahizələrini dilə gətiriblər. Qeyd olunub ki, fəal təlim metodları barədə orta ümumtəhsil məktəblərinin çoxunda müvafiq məlumat olmadığından bunlarda yenə də köhnə təhsil üsulu ilə dərslər tədris olunur. Bolonya sisteminin tətbiqində də müəyyən ziddiyyətlərin olduğunu qeyd edən natiqlər fəal təlim metodunda müəllimlərin yüksək bilik və bacarıqlara malik olmalarınının, tədris etdikləri fənni şagirdlərə sevdirməyi bacarmağın əsas şərtlərdən olduğunu vurğulayıblar.

Tədbirə yekun vuran LDU rektoru A.İsgəndərov diskussiyaya qoşulan bütün iştirakçılara minnətdarlığını çatdıraraq, gələcəkdə də bu cür dəyirmi masaların davam etdiriləcəyini və belə tədbirlərin ümumi işə böyük xeyir gətirəcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR