Türkiyənin “Əczaçıbaşı” klubu Bakıya gəlməkdən imtina etdi

Türkiyənin “Əczaçıbaşı” klubu Bakıya gəlməkdən imtina etdi
# 27 oktyabr 2010 10:04 (UTC +04:00)
Bakı – APA. Noyabrın əvvəllərində qadın voleybolçular arasında Bakıda keçiriləcək beynəlxalq turnirdə iştirakı planlaşdırılan 2 klub mübarizədən imtina edib. Apasport.az saytının məlumatına görə, yarışda 4-ü yerli olmaqla, 8 klubun qüvvəsini sınacağı gözlənilsə də, sonda Bakının “İqtisadçı” və Türkiyənin “Əczaçıbaşı” komandalarının turnirdə oynamayacağı müəyyənləşib.

Bu səbəbdən yarışın reqlamentində dəyişiklik edilib. Öncə oyunların 2 qrupda keçirilməsi planlaşdırılsa da, 6 komanda iştirak edəcəyindən turnir dairəvi sistemlə olacaq. Qalib adı uğrunda isə “Rabitə”, “Lokomotiv”, “Azərreyl”, Türkiyənin “Qalatasaray”, Rusiyanın “Uraloçka” və “Zareçye-Odintsovo” klubu mübarizə aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR