Neftin Belarusa daşınması haqda razılıq əldə olunub

Neftin Belarusa daşınması haqda razılıq əldə olunub
# 03 noyabr 2010 01:10 (UTC +04:00)
Bakı-APA.Ukrayna ilə Belarus Odessa-Brodı neft kəməri vasitəsi ilə neftin Belarusa daşınması haqda razılığa gəliblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bunun üçün indiyə kimi Rusiya neftini şimaldan Qara dənizə doğru nəql edən kəmər əks istiqamətdə cənubdan şimala doğru buraxılacaq.
Kiyev bu addıma tək Belarus tərəfinin müraciəti ilə getməyib.
Ukrayna kəmərə habelə Azərbaycan neftini doldurmaq istəyir.
Belarus Odessa-Brodıyla öz neftayırma zavodlarına Venesuela neftini daşımaq istəyir. Qara dənizə tankerlərlə gətirilən bu neft hazırda Ukraynadan Belarusa dəmir yolu ilə çatdırılır. Daşınmanı ucuzlaşdırmaq üçün Minsk Kiyevə Odessa-Brodını işə cəlb etməyi təklif edirdi.
Odessa-Brodıyla Belarusa neft ötürmək üçün kəməri cənubdan şimala buraxmaq lazım idi. Kəmər isə əks istiqamətdə işləyir və Qara dəniz sahillərinə Rusiya neftini daşıyır.
Uzun illərdən sonra Ukraynanın kəməri şimala buraxmaqda iki məqam xüsusi rol oynayıb. Birincisi, Rusiya kəmərlə daşınacaq həcmlərlə bağlı qəti təminat verə bilməyib, ikincisi isə, Kiyevin Azərbaycan və ümumən Xəzər neftinə ümidləri. Cari ildə Azərbaycan Ukraynaya 1 milyon tonn neft ixrac edib və Bakı bu həcmləri artırmaq əzmindədir. Ukrayna öz enerji idxalını dıdesrsifikasiya etmək istəyir. Odessa - Brodıyla Şərqi və Mərkəzi Avropaya birbaşa yol açıla bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR