Agentlik sədri: Hava şəraitinin dəyişməsi turizmə, sahibkarlara ziyandır

Agentlik sədri: Hava şəraitinin dəyişməsi turizmə, sahibkarlara ziyandır
# 17 iyul 2023 15:40 (UTC +04:00)

Bir çox yerlərdə turizm obyektləri mövsümi fəaliyyət göstərirlər. Xüsusilə də, çimərlik mövsümü 15 iyundan, 15 sentyabra kimi olur.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

"Hava şəraitinin dəyişməsi turizmə, obyektlərə, sahibkarlara ziyandır. Əslində belə günlərin sayı çox olur. İnsanlar da istirahətlərini öncədən planlaşdırmaqda çətinlik çəkirlər. Konkret olaraq, bu il dəyişkən havanın nə qədər ziyan vurduğu hesablanmayıb", - deyə Fuad Nağıyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR