Bank Of Baku

Agentlik sədri: “Hotellərin göstərdiyi xidmətlərin keyfiyyətində problemlər var”

Fuad Nağıyev, Dövlət Turizm Agentliyinin sədri

© APA | Fuad Nağıyev, Dövlət Turizm Agentliyinin sədri

# 14 dekabr 2021 13:09 (UTC +04:00)

“Bu gün deputatların turizmlə bağlı səsləndirdiyi bir çox məsələlər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərə alınıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Dövlət Turizm Agentliyinin sədri bildirib ki, turizmlə bağlı Strategiyada yer alan məsələlərin tez bir zamanda həll olacağına ümid edirlər: “Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı əhəmiyyətli şəkildə artırıb. Digər məqam turizm sektorunda istehlakçı hüquqlarının qorunması və xidmətin keyfiyyəti ilə bağlı problemdir. Hotellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Bu istiqamətdə də inkişafa nail olmaq üçün normativ bazanın yaradılması vacibdir. Yeni qanun turizm sektorunda davamlı inkişafı dəstəkləməlidir”.

Spiker Sahibə Qafarova isə deyib ki, deputatların qaldırdıqları məsələlərin həll olunacağına əmin olmaq istəyirlər: “Deputatların təklifləri qəbul edilsə, bu, ancaq turizmin inkişafına dəstək olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR