Amerikalı səyyah: Azad edilmiş ərazilərin inkişafına böyük sərmayələr qoyulur

Amerikalı səyyah: Azad edilmiş ərazilərin inkişafına böyük sərmayələr qoyulur
# 04 noyabr 2023 14:55 (UTC +04:00)

Qarabağda aparılan tikinti və yenidənqurma işlərinin intensivliyi məni heyran edir.

APA xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında amerikalı səyyah Brayan Qreko deyib.

O bildirib ki, bölgənin inkişafı üçün böyük sərmayələr qoyulur:

“Biz Füzuli şəhərində yeni hava limanında olduq və onun tikintisi ilə maraqlandıq. Hökumət ərazinin bərpasına böyük sərmayə qoyur. Bir zamanlar evlərindən didərgin düşənlər artıq evlərinə qayıdırlar. Düşünürəm ki, ona görə də bölgənin firavanlığı üçün bu infrastruktura sərmayə qoymaq vacibdir”.

ABŞ-lı səyyah qeyd edib edib ki, Qarabağa səfərlər təkcə bu bölgəni kəşf etməyə və onun gözəlliklərindən həzz almağa deyil, həm də ölkənin tarixini və burada baş verənləri anlamağa kömək edir.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR