ATAA İdarə Heyətinin sədri aviabiletlərin bahalığından danışıb

ATAA İdarə Heyətinin sədri aviabiletlərin bahalığından danışıb
# 12 sentyabr 2023 10:53 (UTC +04:00)

Təəssüf ki, bir sıra açıq məsələlərimiz hələ də qalmaqdadır. Onların sırasında vizaların alınması, nəqliyyat sektorunda qeyri-peşəkar şəxslərin fəaliyyət göstərməsi və bir çox istiqamətə aviabiletlərin baha olması bu qəbildəndir.

APA xəbər verir ki, bunu Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda deyib.

O bildirib ki, gələcəkdə bu məsələlərin həllində də müsbət irəliləyişlərin şahidi olacağıq:

"Assosiasiya olaraq çalışacağıq ki, qarşıdakı illərdə yeni istiqamətlərə reyslərin açılmasına, hotel və hava yolları ilə əməkdaşlığın artırılmasına və beynəlxalq şirkətlərlə işbirliyinin gücləndirilməsinə nail olaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR