ATAA: Turizm şirkətlərimizin hesabına hava yolları tərəfindən 1 milyon manatdan çox komissiya ödənişi köçürülüb

ATAA: Turizm şirkətlərimizin hesabına hava yolları tərəfindən 1 milyon manatdan çox komissiya ödənişi köçürülüb
# 12 sentyabr 2023 10:44 (UTC +04:00)

Azərbaycan Turizm Agentlikləri Assiasiyasının 4 illik fəaliyyəti dövründə ilk dəfə üzvlük haqları tətbiq olunub.

APA xəbər verir ki, bunu ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda deyib.

O bildirib ki, bu çərçivədə 41 min manat vəsait toplanıb:

"Bu da öz növbəsində Assosisasiyasının ofis xərclərinin və maddi texniki bazasının gücləndirilməsi üçün xərclənir. Bir illik fəaliyyətimiz dövrümdə 100-ə yaxın görüş keçirmişik. Ötən il turizm şirkətlərinin müqavilələri yenilənib, sıralarımıza yeni şirkətlər qəbul edilib və yeni qaydalar hazırlanıb. Aparılan danışıqlar nəticəsində beynəlxalq şirkətlərin turizm şirkətlərimizə tətbiq etdiyi cərimələrin silinməsinə nail olunub. Şirkətlərimizin hesabına hava yolları tərəfindən 1 milyon manatdan çox komissiya ödənişi köçürülüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR