"Azərbaycan Hava Yolları" oktyabrın 10-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir

"Azərbaycan Hava Yolları" oktyabrın 10-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir
# 08 oktyabr 2023 18:20 (UTC +04:00)

Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.

Bu barədə APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumat verilib.

Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR