Azərbaycan hotellərində gecələmələrin sayı artıb

Azərbaycan hotellərində gecələmələrin sayı artıb
# 26 yanvar 2022 12:31 (UTC +04:00)

2021-ci ildə Azərbaycan mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci illə müqayisədə 78,7% artaraq 1 787,0 min olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gecələmələrin 48,7%-i Bakıda, 7,9%-i Qəbələdə, 6,7%-i Xaçmazda, 5,9%-i Qubada, 5,8%-i Şabranda, 4,2%-i Lənkəranda, 3,9%-i Qusarda, 2,7%-i Naftalanda, 2,2%-i Naxçıvan Muxtar Respublikasında, 1,6%-i Şamaxıda, 1,5%-i Qaxda, 1,1%-i Masallıda, 1%-i Mingəçevirdə və 6,8%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 2,4 dəfə artaraq 1372,8 min olub ki, bu da ümumi gecələmələrin 76,8%-ni təşkil edir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 0,6% azalaraq 414,2 min olub ki, bu da ümumi gecələmələrin 23,2%-ni təşkil edir. Gecələmələrin 15,5%-i Türkiyə, 11%-i Rusiya, 9,8%-i BƏƏ, 8,1%-i Böyük Britaniya, 3,8%-i İsrail, 3,5%-i Səudiyyə Ərəbistanı, 2,8%-i ABŞ, 2,8%-i İtaliya, 2,7%-i Almaniya, 2%-i Qətər, 1,9%-i Hindistan, 1,5%-i Ukrayna, 1,4%-i Niderland, 1,2%-i Qazaxıstan, 1,2%-i İran, 1,1%-i Belarus, 1,1%-i Küveyt, 1%-i Gürcüstan, 1%-i Fransa, 26,6%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1%-i Bakıda, 6,6%-i Qəbələdə, 3%-i Qusarda, 2,6%-i Qubada, 1,9%-i Naftalanda, 1,7%-i Naxçıvan Muxtar Respublikasında, 1,6%-i Şabranda, 1,5%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR