Fevralın 9-da Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük turizm sərgilərindən biri olan EMİTT 2022 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi öz işinə başlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, sayca 25-ci olan beynəlxalq sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri milli stendimizlə təmsil olunur.
Sərgidə Azərbaycanın işğaldan azad olunun ərazilərinin turizm potensialı, Zəngəzur dəhlizi və bu dəhlizin imkanları da təbliğ ediləcək.
Sərgi fevralın 12-dək davam edəcək.