Bank Of Baku

Azərbaycan şərabları Londonda tanıdılıb

Azərbaycan şərabları Londonda tanıdılıb
# 15 may 2023 18:51 (UTC +04:00)

Bu gün Londonda başlayan London Şərab Yarmarkası (“London Wine Fair”) çərçivəsində Azərbaycan şərabları Britaniya və xarici istehlakçılara tanıdılıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da yarmarka çərçivəsində Azərbaycan stendini ziyarət edib. Səfir E. Süleymanov Londonda Azərbaycan şərablarının təqdim olunmasının çox şad xəbər olduğunu vurğulayıb.

“Gardabani” qurupun həmtəsisçisi Natik Musayev bildirib ki, ilk dəfə Böyük Britaniya tarixində Azərbaycan şərabları idxal olunur.

Qeyd edək ki, London Şərab Yarmarkası 15-17 May tarixləri arasında Londonun Kensington Olympia adlanan bölgəsində keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR