Azərbaycana Aİ-yə üzv ölkələrdən gələnlərin sayı 40 faiz artıb

Azərbaycana Aİ-yə üzv ölkələrdən gələnlərin sayı 40 faiz artıb
# 17 iyul 2023 12:15 (UTC +04:00)

Azərbaycana bu ilin yanvar-iyun aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,2 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,1 dəfə, Belarusdan - 2,3 dəfə, Özbəkistandan - 2,2 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,9 dəfə, İsraildən - 1,6 dəfə, ABŞ-dan - 44,2 faiz, Küveytdən - 37,2 faiz, Gürcüstandan - 35,5 faiz, Böyük Britaniyadan - 34,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 22,7 faiz, Pakistandan - 16,1 faiz, Türkiyədən - 15,9 faiz artıb, Səudiyyə Ərəbistanından gələnlərin sayı 23,6 faiz, İrandan - 14,9 faiz, Omandan - 9,9 faiz, Ukraynadan - 6,2 faiz azalıb.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən xəbər verilib.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,0 faiz artaraq 46,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalaraq 134,2 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR