Azərbaycanlı səyyah: Azad olunmuş ərazilərin turizm potensialını göstərməyə çalışırıq

Azərbaycanlı səyyah: Azad olunmuş ərazilərin turizm potensialını göstərməyə çalışırıq
# 04 noyabr 2023 13:51 (UTC +04:00)

“26 ölkədən olan 50 nəfərə yaxın tanınmış səyyahlar Qarabağa və Şərqi Zəngəzura səfəri Şuşadan başlayıb”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səfərin təşkilatçısı Mehrac Mahmudov deyib.

O əlavə edib ki, “NomadMania” beynəlxalq səyahətçilər klubunun səfərdə olan üzvləri ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya vətəndaşlarıdırlar:

“Bizim məqsədimiz səyyahlar vasitəsilə dünyaya işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işləri barədə məlumat verməkdir. Biz həm də işğaldan azad olunmuş ərazilərin turizm potensialını göstərməyə çalışırıq. İndiyədək 300-dən çox səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib”.

Mehrac Mahmudov onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə gələn səyyahların əksəriyyəti zəngin insanlardır və onlar bölgəyə sərmayə yatırmaqda maraqlıdırlar. O əlavə edib ki, hazırda aidiyyəti qurumlarla bəzi səyyahlar arasında bu istiqamətdə danışıqlar getməkdədir.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR