Bank Of Baku

Beynəlxalq səyyah: Ağdamda hər şeyin bu qədər tez həll olunacağını gözləmirdim

Karl Kuffner

© APA | Karl Kuffner

# 22 oktyabr 2025 12:02 (UTC +04:00)

Ağdamda hər şeyin bu qədər tez həll olunacağını gözləmirdim.

APA xəbər verir ki, bunu beynəlxalq səyyahlarla birgə Ağdamda səfərdə olan Almaniyadan olan səyyah Karl Kuffner deyib.

“Burada olduğuma görə çox şadam. Mən buraya 2021-ci ildə gəlmişdim. O vaxt burada hər şey məhv olmuş vəziyyətdə idi. Hələ o vaxt burada görüləcək işlərin planını müşahidə etmişdim. İndi görülmüş işlərə və digər tikinti işlərinə şahid olmaq, insanların sülh içində yaşadığını görmək çox xoşdur. 2021-ci ildə burada olanda hər şeyin bu cür tez həll ediləcəyini gözləmirdim. Yollar, körpülər - hər şey əladır. O vaxt biz burada minaları da görmüşdük. İndi minalar təmizlənib, bu həqiqətən əladır”, - səyyah qeyd edib.

Toğrul Quluzadə

Elgün Gəncimsoy

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR