Bank Of Baku

Beynəlxalq səyyah: Məqsədimiz Qarabağ Universitetinin digər ölkələrdə tanınmasıdır

Mehrac Mahmudov

© APA | Mehrac Mahmudov

# 22 oktyabr 2025 14:59 (UTC +04:00)

Məqsədimiz Qarabağ Universitetinin digər ölkələrdə tanınmasıdır.

APA xəbər verir ki, bunu səkkiz ölkədən səyyahların Qarabağa səfərinin təşkilatçısı, beynəlxalq səyyah Mehrac Mahmudov deyib.

Qarabağ Universitetinin müəllim heyətinin əsasən Avropa və ABŞ universitetlərinin məzunları olduğunu qeyd edən Mehrac Mahmudov beynəlxalq səyyahların tədris ocağına baş çəkmələrində əsas məqsədin Universitetin beynəlxalq miqyasda tanıdılmasıdır.

Səyyahların azad edilmiş ərazilərdə, o cümlədən Xankəndində aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olduqlarını deyən təşkilatçı əcnəbi qonaqların dağıdılmış ərazilərdə qısa müddət ərzində iri həcmdə yenidənqurma işlərinin aparıldığından çox təəccübləndiklərini vurğulayıb: “Onlar çox təəccüblənirlər ki, bu qədər az vaxtda bu qədər böyük işlər görülüb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR