Beynəlxalq səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB

Beynəlxalq səyyahlar Ağdamda olublar - FOTO  - YENİLƏNİB
# 04 noyabr 2023 17:54 (UTC +04:00)

Beynəlxalq səyyahlar Şuşadan sonra Ağdam şəhərinə səfər edib.

APA xəbər verir ki, səyyahlara Ağdamın tarixi və turizm potensialı barədə ətraflı məlumat verilib.

Eyni zamanda, qonaqlara 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər, tarixi abidələrin erməni vandallığına məruz qalması bildirilib.

Beynəlxalq səyyahlar Çörək muzeyi və Ağdam Dövlət Dram Teatrının binalarının qalıqlarını, eyni zamanda, Ağdam Cümə məscidini ziyarət ediblər.

Beynəlxalq səyyahlar Ağdam Şəhidlər xiyabanında da olublar. Qonaqlara məlumat verilib ki, işğal dövründə ermənilər məzar daşların sökərək aparıb, qəbirləri qazaraq təhqir ediblər.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR