Bank Of Baku

Filippinli səyyah: Ağdamdakı vəziyyət Naqasakini xatırladır

Eden Kendi Kanit

© APA | Eden Kendi Kanit

# 14 iyun 2023 11:00 (UTC +04:00)

“Ağdamdakı vəziyyət mənə Yaponiyanın Naqasaki şəhərinə atom bombasının atılmasını xatırladır”.

Bunu Ağdama səfər edən filippinli səyyah Eden Kendi Kanit APA-ya açıqlamasında deyib.

O, Azərbaycana ilk dəfə səfər etdiyini bildirib: “Bu, Azərbaycana - Bakıya və Qarabağa ilk səfərimdir. Mən bu yer haqqında daha əvvəl eşitməmişdim. Bu şəhərin potensialı məni heyrətə gətirir. Burada minaların zərərsizləşdirilməsi işləri, partlayışlar, dağıntılar mənə Naqasakinin bombalanmasını xatırladır. Müharibədən əziyyət çəkən insanların yaşadığı hisslər çox çətin olmalıdır. Ümid edirəm buradakı bütün minalar təmizlənər və yenidən gözəl bir şəhər inşa edilər, insanlar öz xoşbəxt həyatlarına geri qayıdarlar”, - filippinli səyyah vurğulayıb.

Səid Babazadə

Habil Aslanoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR