Gürcüstanın turizm sektoru 95%-dək bərpa olunub.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili deyib. Onun sözlərinə görə, cari ilin yanvar-avqust ayları ərzində Gürcüstanın turizm sektorundan əldə etdiyi gəlirləri 2,1 milyard ABŞ dollarını ötüb.
Nazir müavini vurğulayıb ki, təkcə avqustda Gürcüstanın səyahət gəlirləri təxminən 523 milyon dollar təşkil edib.