İƏT Baş katibi: Şuşa Azərbaycanın tez-tez səfər edilən məkanlarından birinə çevriləcək

İƏT Baş katibi: Şuşa Azərbaycanın tez-tez səfər edilən məkanlarından birinə çevriləcək
# 04 dekabr 2023 10:24 (UTC +04:00)

Şuşa şəhəri 2026-cı il üzrə turizm paytaxtı elan edilib. İnanırıq ki, yaxın gələcəkdə Şuşa Azərbaycanın çox tanınmış və tez-tez səfər edilən məkanlarından birinə çevriləcək.

APA xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə deyib.

O bildirib ki, bu vaxta qədər təşkilat regionda cəmi 6 şəhəri turizm paytaxtı seçib:

"Bunlar Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR