İƏT-in Baş katibi: “Halal turizm istiqamətində rəqabətə davamlılığı gücləndirməliyik”

Hissein Brahim Taha

© APA | Hissein Brahim Taha

Foto al #
# 28 iyun 2022 11:08 (UTC +04:00)

“2019-cu illə müqayisədə ölkələrimizə turist axını 72 faiz azalıb. Bu, qlobal miqyasda 1,3 trilyon dollar gəlir itkisinə səbəb olub. 2020-ci ildə də turizmdə 60 faiz azalma olub”.

APA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyasında İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha bildirib.

Onun sözlərinə görə, turizm kiçik və orta sahibkarlığın dəstəklənməsində böyük potensiala malikdir:

“İnsanlar üçün yeni iş imkanları yaradır. Bu sektorun 80 faizi kiçik və orta sahibkarların payına düşür. Biz, ölkələrimizdə halal turizm istiqamətində rəqabətə davamlılığı gücləndirməliyik. Bunun üçün halal turizmə sərmayə qoymağa çağırıram. Qabaqcıl təcrübələrin paylaşılması İƏT ölkələrində turizm əlaqələrinin artmasına imkan verə bilər. Əminəm ki, müvafiq tövsiyələr nəzərə alınıb və yekunda qəbul ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR