İraq aviaşirkəti Bakıya uçuşlara başlayır

İraq aviaşirkəti Bakıya uçuşlara başlayır
# 18 noyabr 2023 22:48 (UTC +04:00)

“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayır.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən APA-ya bildirilib ki, 19 noyabr 2023-cü il saat 00:15-də aviadaşıyıcı Bağdaddan Bakı hava limanına ilk uçuşunu həyata keçirəcək.

“Iraqi Airways” aviaşirkətinin həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır. Dəqiq cədvəllə aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərsiz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR