Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 22 083 min nəfər təşkil edib.
Bu barədə APA-ya Dövlət Turizm Agentliyindən xəbər verilib.
Qeyd edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.4 dəfədən çox artım deməkdir.