İstanbul turist sayına görə son 10 ilin rekordunu qırıb

İstanbul turist sayına görə son 10 ilin rekordunu qırıb
# 28 avqust 2023 15:19 (UTC +04:00)

Türkiyənin İstanbul şəhəri iyul ayında bu şəhərə olan turist sayına görə son 10 ilin rekordunu qırıb.

APA-Economics” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ötən ay bu şəhərə səfər edən xarici turistlərin sayı 1 mln. 873 min 97 nəfər olub.

İstanbula ən çox səfər edən turistlərin siyahısına ruslar (185 min), almanlar, ərəblər (Səudiyyə Ərəbistanı) (hər ölkədən 135 min turist) və amerikalılar (105 min) liderlik edir.

Ümumilikdə isə bu il ərzində İstanbulun qonaq qəbul etdiyi turist sayı 9,8 mln. nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR