Londonda qastroturizm imkanları nümayiş etdirilib

Londonda qastroturizm imkanları nümayiş etdirilib
# 17 iyul 2023 17:11 (UTC +04:00)

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında təbliğ edilib.

Agentlikdən APA-ya verilən xəbərə görə, 15-16 iyul 2023-cü il tarixlərində keçirilən tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim edilib.

Festivalın ziyarətçiləri plov, qutab, kükü kimi milli kulinariya nümunələrini, o cümlədən Azərbaycan şərablarını dadmaq imkanı əldə ediblər. Tədbir çərçivəsində “Çay mərasimi”, “Düyü və zəfəran” masterklasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilib.

Milli stendimizi Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR