İqtisadiyyat naziri Qazaxıstanı Azərbaycanın tranzit potensialından yararlanmağa dəvət edib

İqtisadiyyat naziri Qazaxıstanı Azərbaycanın tranzit potensialından yararlanmağa dəvət edib
# 20 oktyabr 2017 15:08 (UTC +04:00)

İqtisadiyyat naziri Şahin Mustafayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevlə görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, Ş. Mustafayev Azərbaycan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaratdığını vurğulayıb. Qeyd olunub ki, ölkəmiz Qazaxıstanla əlaqələrin genişlənməsinə önəm verir və əməkdaşlığımız inkişaf edir.

Nazir qazaxıstanlı iş adamlarının ölkəmizdəki əlverişli biznes və investisiya mühitindən, eləcə də Azərbaycanın tranzit potensialından, Bakı Gəmiqayırma Zavodunun imkanlarından yararlanmağa dəvət edib, ölkəmizdəki sənaye parklarında birgə müəssisələrin yaradılması, qazaxıstanlı investorların aqroparklarda fəaliyyət imkanlarını diqqətə çatdırıb, Aktau Logistik Mərkəzinin Azərbaycan məhsullarının ixracı üçün əlverişli imkan yaratdığını qeyd edib.

Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edən səfir iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR