Səudiyyə Ərəbistanına səfər zamanı elektron viza almaq mümkün olacaq

Səudiyyə Ərəbistanına səfər zamanı elektron viza almaq mümkün olacaq
# 07 avqust 2023 09:40 (UTC +04:00)

Azərbaycan vətəndaşları Səudiyyə Ərəbistanına səfər zamanı elektron viza ala biləcəklər.

APA ərəb mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin müvafiq qurumları qərar verib.

Məlumata görə, səkkiz yeni ölkə - Albaniya, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Maldiv adaları, Cənubi Afrika Respublikası, Tacikistan və Özbəkistan səfər vizalarını elektron şəkildə ala biləcək. Bu ölkələrdən olan vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edən zaman hava limanından da elektron şəkildə viza ala biləcəklər.

Qeyd edilib ki, bununla da Səudiyyə Ərəbistanına elektron şəkildə viza ala biləcək ölkələrin sayı 57-yə çatdırılır.

Bildirilib ki, bu qərar ölkənin turizm imkanlarını artırmaq, 2030-cu ilə qədər ölkəyə hər il 100 milyon ziyarətçi qəbul etmək məqsədilə qəbul edilib.

Qeyd edilib ki, 2022-ci ildə ölkəyə 93,5 milyon ziyarətçi səfər edib ki, bu da turizm gəlirlərini 2021-ci illə müqayisədə 93% artıraraq 185 milyard riyal (49 milyard ABŞ dolları) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR