Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub - <span style="color: red;">FOTO
# 24 iyun 2015 21:32 (UTC +04:00)

Fonddan APA-ya verilən məlumata görə, bu dəfə Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində bir araya toplayıb. Şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıb. Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri Xəzərin sahilindəki bu məkanda yay mövsümünün xoş ovqatını, günəşli günlərin qayğısız anlarını yaşayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladları ilə birlikdə uşaqların şənliyinə qoşulub. Balacalara xas hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar bu isti yay günlərində Fondun onlar üçün hazırladığı çimərlik geyimlərində hovuzda üzüblər, müxtəlif oyunlarda iştirak ediblər, ətrafdakılarla sevinclərini bölüşüblər.

Leyla Əliyeva uşaqlarla söhbət edib, onlar üçün təşkil olunan bu şənliklə bağlı fikirləri ilə maraqlanıb. Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradılıb. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa edib, məharətlərini göstəriblər.

Uşaqlarla bağlı Fondun himayəsi altında həyata keçirilən aksiyalar ilk növbədə məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına, yeni məktəb binalarının tikilməsinə yönəlib.

Uşaq evlərinin sakinlərinə və xüsusi qayğıya ehtiyacı olanlara hər zaman həssaslıqla yanaşan Heydər Əliyev Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR