Mingəçevir SES-in gücü 424 meqavata çatdırılıb

Mingəçevir SES-in gücü 424 meqavata çatdırılıb
# 27 fevral 2018 10:12 (UTC +04:00)

Mingəçevir Su Elektrik Stansiyasının gücü 284 meqavatdan 424 meqavata çatdırılıb.

APA-nın məlumatına görə, bu, stansiyada görülmüş əsaslı yenidənqurmadan sonra mümkün olub.

Mingəçevir Su Elektrik Stansiyası quraşdırılmış hidroaqreqatların manevr imkanlarına, tənzimlənmə diapazonuna və xarakteristikalarına görə tezliyin tənzimlənməsinin standartla müəyyən edilmiş normalar çərçivəsində aparılmasını təmin edən yeganə elektrik stansiyasıdır.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevir Su Elektrik Stansiyası yenidənqurmadan sonra işə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR