Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir.
Layihəyə əsasən, mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçiriləcək.
Həmçinin, layihəyə görə, yoluxucu xəstəlik təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu gün ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud da bu barədə müvafiq sənəd təqdim etməlidirlər
“Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
27 dekabr 2021 13:10 (UTC +04:00)
Turizm
Dəmiryolçular Bakı Marafonunda uğurla iştirak edərək küləyə qalib gəldilər - FOTO
14:50
5 may 2024
Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
14:49
3 may 2024
İƏT rəsmisi: Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq
15:08
2 may 2024
Norveçli səyyahlar Şuşada səfərdə olub - FOTO - VİDEO - YENİLƏNİB
12:58
2 may 2024