Ukraynalı səyyah: Azad olunmuş ərazilərdə mina problemi hələ də qalmaqdadır

Ukraynalı səyyah: Azad olunmuş ərazilərdə mina problemi hələ də qalmaqdadır
# 04 noyabr 2023 13:19 (UTC +04:00)

Bu mənim Şuşaya ikinci səfərimdir.

APA xəbər verir ki, bunu ukraynalı səyyah Orest Zub jurnalistlərə açıqlamasında deyib.

Səyyah bildirib ki, buradakı yenidənqurma və bərpa prosesləri onu valeh edib:

“Şuşada tikinti-quruculuq işləri çox sürətli gedir. Bu məni həm təəccübləndirdi, həm də valeh etdi. Bu şəhərə mənim ikinci səfərimdir. İşğaldan azad olunmuş ərazilərdə mina problemi hələ də qalmaqdadır. Bu cinayətə beynəlxalq təşkilat reaksiya verməlidirlər. Çünki azad olunmuş ərazilərin böyük turizm potensialı var. Burada minalardan təmizlənmə sürətli getməlidir. Bu, həm də azad edilmiş ərazilərə geri qayıdışı daha da sürətləndirəcək.

Mən ukraynalıyam. Bu gün ölkəmiz dünyada minalarla çirklənən ölkələrdəndir. Ona görə azərbaycanlıları və törədilən faciələri yaxşı başa düşürəm”.

Füzuliyə səfəri zamanı gördüklərindən dəhşətə gəldiyini vurğulayan ukraynalı səyyah Orest Zub onu da bildirib ki, işğal zamanı ərazilərdə vandalizm aktı törədilib və bu cinayətlər beynəlxalq ictimaiyyətə göstərilməlidir.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR