Elçin Quliyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Elçin Quliyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 11 sentyabr 2015 12:37 (UTC +04:00)

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə Alper Coşkun ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi, general-mayor İhsan Başbozkurtu təqdim edib.

DSX rəisi hərbi attaşeni yeni təyinatı ilə əlaqədar təbrik edib və Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Söhbət əsnasında Azərbaycan DSX ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı Dövlət Sərhəd Xidmətinin rəisi həmçinin Türkiyədə son zamanlar törədilmiş terror aktları nəticəsində çoxsaylı hərbçilərin şəhid olması və yaralanması xəbərinə dərindən kədərləndiyini bildirib, baş vermiş hadisələrlə əlaqədar dərin hüznlə baş sağlığı verdiyini, yaralananların tezliklə sağalmasını dilədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR