Mərkəz: İqtisadi islahatlar sistemli şəkildə davam etdirilir

Mərkəz: İqtisadi islahatlar sistemli şəkildə davam etdirilir
# 01 may 2018 08:27 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı işçi qruplarının iclasları keçirilib.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, müzakirələrdə qeyd olunub ki, prezident İlham Əliyevin rəhbərli ilə biznesə başlama, tikintilərə icazələr, kreditlərin əldə olunması, elektrik şəbəkəsinə qoşulma, investorların hüquqlarının müdafiəsi, elektron məhkəmə, onlayn vahid ixrac ərizəsi və əmlakın qeydiyyatı kimi sahələrdə dərin islahatlar aparılıb.

Qeyd edək ki, bu işçi qruplar prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı əsasında yaradılıb. Sərəncamın icrası məqsədilə tədbirlər planı da qəbul edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində sahibkarlar üçün keçirilən görüşlər, “İslahatlar İcmalı”nın xüsusi buraxılışlarının dərci zamanı aparılan maarifləndirmə işlərində iqtisadi islahatlar geniş təbliğ edilib.

Müzakirələr zamanı tədbir iştirakçılarına video və audio materiallar, broşürlər təqdim edilib, həmçinin, media və sosial şəbəkələrdə yayımlanan video çarxlar nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR