Gəncə sakini bədbəxt hadisə nəticəsində ölüb - VİDEO

Gəncə sakini bədbəxt hadisə nəticəsində ölüb - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2014 13:36 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöl rayonunda bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Həsənov Vilayət Qənbər oğlu darvazanın aşması nəticəsində dünyasını dəyişib. Məlumata görə, ev tikintisi üçün əraziyə sement gətirən “ZİL” markalı yük avtomobili geriyə hərəkət edərkən darvazaya dəyib və dəmir qapı ətraf mişar daşları ilə birlikdə yaxınlıqda olan V. Həsənovun üzərinə düşüb. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR