Bakı. Fuad Cəfərov - APA. Bakıda iki gün öncə baş verən qətl hadisəsində iştirak edən daha bir nəfər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Zabrat qəsəbə sakini Andrey Sibizovun qətlə yetirilməsində iştirak etmiş digər şəxs - Bakı şəhər sakini Pərvin Qocayev tutulub.
Qeyd edək ki, iyulun 7-də Zabrat qəsəbəsi, Nizami küçəsində yaşayan, 1984-cü il təvəllüdlü A. Sibizov naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Orxan Mehdiyev tutulub.