Azərbaycanda mənzil probleminin həlli istiqamətində atılacaq addımlar müəyyənləşib

Azərbaycanda mənzil probleminin həlli istiqamətində atılacaq addımlar müəyyənləşib
# 03 avqust 2014 15:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda mənzil ehtiyacının təmin edilməsi və qəzalı vəziyyətdəki mənzillərin təmiri ilə əlaqədar atılacaq addımlar müəyyənləşdirilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə tərəflərin üzərinə götürdükləri öhdəlikdə qeyd edilib ki, əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarət gücləndiriləcək.

Tərəflərin üzərinə götürdükləri öhdəliklər sırasında müəssisə və təşkilatların mənzilə ehtiyacı olan işçilərinin mənzillə təmin edilməsinin təşkili və Mənzil Məcəlləsinə uyğun olaraq qəza vəziyyətində olan yaşayış sahələrinin (mənzillərin, binaların) mülkiyyətçi orqanları (nazirlik, komitə, birlik və digər) tərəfindən tədricən yararlı vəziyyətə gətirilməsi və burada yaşayanların təhlükəsizliyinin təmin edilməsi də yer alıb. Eyni zamanda müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında nümunəvi qaydalar da hazırlanıb qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR