Bakıda gecə iki avtomobil yanıb

Bakıda gecə iki avtomobil yanıb
# 17 sentyabr 2014 02:43 (UTC +04:00)

Bakı-APA. Bakıda gecə saatlarında 2 yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus "Forland" markalı yük avtomobilinin kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Suraxanı rayonunda vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR