Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb - VİDEO

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb - <span style="color: red;">VİDEO
# 21 oktyabr 2015 06:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün oktyabrın 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 20-si ilə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0474 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0024 manat və ya 0,2% artaraq 1,1900 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,6% artaraq 0,0169 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR