Azərbaycan ali məktəblərini bitirən efiopiyalı məzunlarla görüş keçirilib - FOTOSESSİYA

Azərbaycan ali məktəblərini bitirən  efiopiyalı məzunlarla görüş keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 noyabr 2015 11:16 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyində müxtəlif illərdə Azərbaycanın ali məktəblərini bitirmiş efiopiyalı məzunlarla birinci görüş keçirilib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev açılış nitqi ilə çıxış edərək, Azərbaycanın ali məktəblərində təhsil almış efiopiyalı məzunları bir yerə toplamaq məqsədi daşıyan bu təşəbbüsü dəstəklədiklərinə görə görüş iştirakçılarına minnətdarlığını bildirib.

O, bu səviyyədə daha sıx ünsiyyət və əlaqələrin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına töhfə verəcəyini, iki ölkə arasında dialoqu davam etdirməyə imkan yaradacağını qeyd edib.

Səfir E.Abdullayev təxminən 800-ə yaxın efiopiyalının Azərbaycanın ali məktəblərini bitirdiyini bildirib.

Tədbirdə çıxış edən efiopiyalı məzunlar bu təşəbbüsü yüksək qiymətləndirərək, Azərbaycanın onların hər birinin həyatında xüsusi yeri olduğunu və ölkəmizin verdiyi təhsilin onların formalaşmasında əvəzsiz rol oynadığını vurğulayıblar. Məzunlar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi naminə Azərbaycan Səfirliyi ilə fəal şəkildə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Daha sonra tədbirdə Efiopiyanın əsas kanalı olan EBC TV kanalının Azərbaycanla bağlı hazırladığı proqram və ölkəmiz haqqında müxtəlif videoçarxlar qonaqlara təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR