Azərbaycan “Youthvision” musiqi yarışması keçirəcək

Azərbaycan “Youthvision” musiqi yarışması keçirəcək
# 06 iyun 2016 10:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan “Youthvision” musiqi yarışması keçirəcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya bildirib ki, yarışma 22-24 iyun tarixlərində keçiriləcək.

S. Məmmədova qeyd edib ki, müsabiqə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Mətbuat katibi onu da qeyd edib ki, qarşıdakı günlərdə brifinq keçiriləcək və ictimaiyyətə yarışmanın formatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Eurovision”un Türkiyə üzrə rəsmi nümayəndəliyi Azərbaycanın “Eurovision” mahnı müsabiqəsinə rəqib olan yeni yarışma təşkil etməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, “Youthvision” adlı yarışma “Bakı Crystal Hall”da keçiriləcək və 20-dən çox ölkə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR