Səfir: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”

Səfir: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”
# 27 yanvar 2016 13:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi olan Rumıniya səfirliyi “ NATO-Azərbaycan əməkdaşlığının hazırki vəziyyəti və persepektivləri” mövzusunda dəyirmi masa təşkil edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, hərbi attaşeləri iştirak edib.

Tədbiri açan Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristianu Ciobanu NATO-Azərbaycan tərəfdaşlığının inkişaf etdidirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, ötən il ərzində Şimali Atlantika alyansı bu barədə gənc nəsil arasında məlumatlılığın artırılması məqsədilə Bakı, Naxçıvan, Şamaxı, Mingəçevir, Bərdə, Quba və Şəki şəhərlərində bir sıra tədbirlər təşkil edib. D. K. Ciobanu diqqətə çatdırıb ki, səfirlik 2016-cı il ərzində NATO-nun Varşavada keçiriləcək sammiti ilə bağlı məlumatların yayılması istiqamətində fəaliyyət göstərəcək. Səfirin sözlərinə görə, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır: “Müxtəlif səviyyələrdə siyasi təmasların davam etdirliməsi NATO və Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək. Rumıniya Azərbaycanın NATO ilə dialoq və əməkdaşlığını dəstəkləməyə davam edəcək”.

NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahyu NATO-nun Azərbaycanla bağlı prioritetləri ilə əlaqədar təqdimat verib.

Sonda dəyirmi masa iştirakçıları NATO-Azərbaycan əməkdaşlığının müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR