"Total" İrandan sutkada 200 min barel neft alacaq

"Total" İrandan sutkada 200 min barel neft alacaq
# 04 fevral 2016 08:01 (UTC +04:00)

Bakı - APA-Economics. İranın Milli Neft Şirkəti (NIOC) Fransanın "Total" şirkəti ilə neft tədarükünə dair müqavilə imzalayıb. "APA-Economics" xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi yazır.

Müqaviləyə əsasən, "Total" İrandan sutkada 150-200 min barel neft alacaq.

Beləliklə, "Total" İran üzərindən sanksiyaların götürülməsindən sonra bu ölkənin ilk avropalı müştərisi olub.

Qeyd edək ki, İran hazırda neft tədarükünə dair İspaniya, İtaliya, Almaniya, Fransa, Çexiya, Yunanıstan və Böyük Britaniya ilə danışıqlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR