Kerri: "Hələbdəki xəstəxana müxalifətin nəzarətində olan ərazidən bombalanıb"

Kerri: "Hələbdəki xəstəxana müxalifətin nəzarətində olan ərazidən bombalanıb"
# 04 may 2016 01:22 (UTC +04:00)

Bakı-APA. Hələbdəki xəstəxana mayın 3-də müxalifət qüvvələrinin nəzarətində olan ərazidən bombalanıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

“Göründüyü kimi, raketlər müxalifətin nəzarətində olan ərazidən buraxılıb. Biz hazırda zərbələrin hansı müxalifət qüvvəsi tərəfindən endirildiyini araşdırırıq”, - deyə Con Kerri bildirib.

O qeyd edib ki, hücumun kim tərəfindən törədilməsindən asılı olmayaraq, bu cür insidentlərə haqq qazandırmaq olmaz.

Qeyd edək ki, “RİA Novosti”nin məlumatına əsasən, “Cəbhət ən Nüsrə” qruplaşması mayın 3-də reaktiv sistemlərdən Hələbdəki doğum evinə zərbələr endirib. Nəticədə 6 nəfər ölüb, 39 dinc sakin yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR