“İncəsənət fotoqrafların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“İncəsənət fotoqrafların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 23 oktyabr 2015 13:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Milli İncəsənət Muzeyində “BP” neft şirkətinin təşkilatçılığı ilə keçirilmiş “İncəsənət fotoqrafların gözü ilə” müsabiqəsinin yekun sərgisi və qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən muzeyin beynəlxalq əlaqələr və innovasiyalar şöbəsinin müdiri Əminə Məlikova bildirib ki, “BP” şirkətinin dəstəyi ilə bu müsabiqə artıq ikinci dəfədir keçirilir.

Heç bir yaş məhdudiyyəti qoyulmayan müsabiqədə peşəkar fotoqraflarla yanaşı, həvəskar fotoqraflar, müxtəlif peşə sahibləri, tələbələr iştirak edirlər. Fotomüsabiqədə yer alan fotolar muzeyin fonduna daxil olacaq.

Sonra “BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı çıxış edərək bildirib ki, şirkət Azərbaycandakı fəaliyyəti dövründə muzeylərdə “açıq qapı” günləri, fotomüsabiqələr, yaradıcı insanlarla görüşlər və digər mədəni tədbirlərin keçirilməsində fəal iştirak edir.

Müsabiqədə birinci yerin qalibi Fərid Xayrulin, ikinci yerin sahibi Zaur Mirzəyev, üçüncü yerin sahibi isə Nadejda Cavadova olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR