Prezident İlham Əliyev Bakıda IT STEP akademiyasında görülən işlərlə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev Bakıda IT STEP akademiyasında görülən işlərlə tanış olub - <span style="color: red;">YENİLƏNİB
# 14 sentyabr 2016 12:19 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Binəqədi rayonunda əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında görülən işlərlə tanış olub.

APA-nın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov dövlət başçısına məlumat verib ki, 9 nömrəli Bakı Peşə Liseyinin tədris korpusu bu il əsaslı təmir olunub.

Ümumi sahəsi 2750 kvadratmetrdən çox olan korpusda yeni dərs ilindən IT STEP akademiyası fəaliyyət göstərəcək.

IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var. Akademiyada 3 ixtisas sahəsi - kompyuter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Tədris prosesi 1900 akademik saatdan ibarətdir və 2 il yarım çəkir. IT STEP-i bitirən müdavimlərə diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk” şirkətlərinin sertifikatları da verilir.

Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala bilər.

*** 11:54

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında görülən işlərlə tanış olub.

APA-nın məlumatına görə, bu barədə xəbəri Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR