Əhalinin xarici valyutada olan əmanətlərə marağı artır - TƏHLİL

Əhalinin xarici valyutada olan əmanətlərə marağı artır - <span style="color: red;">TƏHLİL
# 14 sentyabr 2016 09:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin mayın 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən depozitlərin həcmi 23 248,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 5 035,3 mln. manat və ya 27,65% çoxdur.

Bununla yanaşı, iyun ilə müqayisədə iyulda depozitlərin həcmi 117,9 mln. manat və ya 0,5% azalıb.

Depozit bazasının valyutalar üzrə strukturuna nəzər salanda məlum olur ki, əmanətlərin 4 mlrd. 645,8 mln. manatla, 18 mlrd. 603 mln. isə xarici valyuta ilə yerləşdirilib. Başqa sözlə, depozitlərin 19,98%-i manatla, 80,02%-i isə xarici valyutada yatırılıb.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin yanvar-iyul aylarında banklar 4 mlrd. 879,7 mln. manatla, 13 mlrd. 333,8 mln. isə xarici valyuta ilə depozit qəbul edib. Başqa sözlə, depozitlərin 26,79%-i manatla, 73,21%-i isə xarici valyutada yatırılıb.

Bu ilin yanvar ayı ilə müqayisədə fevral ayında manatla yerləşdirilən depozitlərin həcmi 4,07%, fevral ilə müqayisədə martda 5,33% artıb, martla müqayisədə apreldə 1,52% azalıb. Sonradan depozitlərin məbləğində artım qeydə alınıb. Belə ki, aprel ilə müqayisədə mayda depozitlərin həcmi 2,68%, may ilə müqayisədə iyunda 3,88%, iyun ilə müqayisədə iyulda 0,48% artıb. Ümumiyyətlə, bu ilin yanvar-iyul aylarını ötən ilin müvafiq dövrü ilə müqayisə edəndə məlum olur ki, depozitlərin xarici valyutada yerləşdirilməsinə maraq artıb. Yəni, 1 il əvvəl ilə müqayisədə cəmi depozitlərin həcmində manatda olan depozitlərin payı 6,81% azalıb, əvəzində xarici valyutada olan depozitlərin çəkisi isə 6,81% artıb.

Son iki ayda əmanətlər artıb

2016-cı ilin avqustun 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 843,8 mln. manat təşkil edib. 2015-ci ilin iyul ayı ilə müqayisədə bu ilin eyni dövründə bu göstərici 238,7 mln. manat və ya 3,14% artıb.

Ümumiyyətlə, yanvar ayı ilə müqayisədə fevralda əhalinin banklara yerləşdirdiyi əmanətlər 566 mln. manat və ya 6,55%, fevral ayı ilə müqayisədə martda 188,4 mln. manat və ya 2,33%, mart ilə müqayisədə apreldə 203,9 mln. manat və ya 2,58%, aprel ilə müqayisədə mayda 119 mln. manat və ya 1,55% azalıb. Amma iyun ayından başlayaraq əhali banklara daha çox əmanət yatırmağa başlayıb və iyulda da bu göstərici üzrə artım qeydə alınıb. Belə ki, may ilə müqayisədə iyunda əmanətlərin həcmi 249,6 mln. manat və ya 3,3% artıb. Bununla yanaşı, bu ilin iyul ayında əmanətlərin həcmi 28,2 mln. manat və ya 0,36% artıb. Ümumiyyətlə, bu ilin əvvəlindən banklarda olan əmanətlərin həcmi 1 630,1 mln. manat və ya 17,21% azalıb.

Qeyd edək ki, avqustun 1-nə əhalinin banklarda yerləşdirdiyi 7 mlrd. 843,8 mln. manat əmanətin 6 mlrd. 337,8 mln. manatı və ya 80,8%-i xarici valyutada, 1 mlrd. 506 mln. manatı və ya 19,2%-i milli valyutada olub.

Manatla olan əmanətlər azalmaqda davam edir

Yanvar ayı ilə müqayisədə fevralda manatla yerləşdirilən əmanətlər 13,2 mln. manat və ya 0,93% azalıb, fevral ayı ilə müqayisədə martda 102,7 mln. manat və ya 7,29% artıb, mart ilə müqayisədə apreldə 104 mln. manat və ya 6,88% azalıb. Amma may ayından manatla əmanətlərin həcmində artım müşahidə edilib. Belə ki, aprel ilə müqayisədə mayda 39,9 mln. manat və ya 2,83%, may ilə müqayisədə iyunda 69,6 mln. manat və ya 4,81% artıb, bunun əksinə olaraq iyun ilə müqayisədə iyulda manatla əmanətlər 11,1 mln. manat və ya 0,73% azalıb.

Yanvar ayı ilə müqayisədə fevralda xarici valyutada yerləşdirilən əmanətlər 552,9 mln. manat və ya 7,66%, fevral ayı ilə müqayisədə martda 291,1 mln. manat və ya 4,37%, mart ilə müqayisədə apreldə 100 mln. manat və ya 1,57%, aprel ilə müqayisədə mayda 158,9 mln. manat və ya 2,53% azalıb. May ilə müqayisədə iyunda 180,1 mln. manat və ya 2,94%, iyun ilə müqayisədə iyulda manatla əmanətlər 39,3 mln. manat və ya 0,62% artıb. Göründüyü kimi, bu il ərzində xarici valyutada olan əmanətlərin həcmi yalnız iyun və iyulda artıb.

Son 1 ildə manatla yerləşdirilən əmanətlərin həcmi 632,7 mln. manat və ya 29,58% azalıb. Əvəzində xarici valyutada olan əmanətlərdə 1 il ərzində 871,4 mln. manat və ya 15,94%-lik artım var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR