Bakıda 65 yaşlı qadını maşın vuraraq öldürüb

Bakıda 65 yaşlı qadını maşın vuraraq öldürüb
# 15 dekabr 2015 08:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ yolunda qeydə alınıb. 1959-cu il təvəllüdlü Qasım Qasımov idarə etdiyi “Ford” markalı, 99 HL 233 dövlət nömrə nişanlı maşınla yolu keçən, 1950-ci il təvəllüdlü Gülarə İbrahimovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Fakta bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR