Akademik Milli Dram Teatrında “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrında “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasının premyerası keçirilib
# 03 oktyabr 2015 11:31 (UTC +04:00)

APA-nın məlumatına görə, Erik Emmanuel Şmitdin eyni adlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində xalq artisti Fuad Poladov (Müsyö İbrahim), aktyor Murad İsmayılov (Moisey), əməkdar artistlər Sabir Məmmədov (Ata), Şəlalə Şahvələdqızı (Bricit Bardo), Mehriban Zəki (Ana), aktyorlar Fidan Cəfərova (Qız), Sərdar Rüstəmov (İnspektor), Adil Dəmirov (Polis), Vüsal Mustafayev (Avtomobil satıcısı) çıxış ediblər.

Tamaşanın bədii rəhbəri Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, xalq artisti Azərpaşa Nemətdir.

Qeyd edək ki, fransız yazıçı və dramaturq Erik Emmanuel Şmidtin 2001-ci ildə yazdığı əsər dünyanın 20-dən artıq teatrında tamaşaya qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR