İtaliyanın hərbi donanması Aralıq dənizində 660-dan çox miqrantı xilas edib

İtaliyanın hərbi donanması Aralıq dənizində 660-dan çox miqrantı xilas edib
# 29 may 2016 05:42 (UTC +04:00)

Bakı-APA. İtaliya Hərbi-Dəniz Qüvvələri və Sahil Mühafizə Xidməti İrlandiya və Almaniyaya məxsus gəmilərin dəstəyi ilə Aralıq dənizində qəzalı vəziyyətdə olan qayıqlardan 668 miqrantı xilas ediblər.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, son həftə ərzində Aralıq dənizində xilas olunmuş miqrantların sayı 13 minə çatıb.

İtaliyanın Sahil Mühafizə Xidmətinin Əməliyyat Mərkəzinin məlumatına görə, yalnız mayın 26-da Aralıq dənizində həyata keçirilmiş 22 müxtəlif əməliyyatlar nəticəsində 4 mindən çox miqrant xilas edilib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən bu vaxtadək Avropaya ümumilikdə 194 min 611 miqrant daxil olub. 1475 mühacir ölüb və ya itkin düşüb.

Ən çox qaçqın və miqrant Yunanıstana daxil olur, belə ki, yanvar-may ayları ərzində bu ölkəyə 156 min 157 nəfər gəlib. İtaliya ərazisindən 37 min miqrant istifadə edib. İspaniyaya – 1000, Kiprə isə 28 daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR